Hər il Azərbaycan ərazisindən 11 metrik ton heroin daşınır
07 Mart 2013 Cümə Axşamı 10:41
ABŞ Dövlət Departamentinin “Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya – 2013” adlı illik hesabatında Azərbaycana xüsusi yer ayırıb.
ABŞ Dövlət Departamentinin “Narkotiklərə nəzarət üzrə beynəlxalq strategiya – 2013” adlı illik hesabatında Azərbaycana xüsusi yer ayırıb.
Hesabatda bildirilir ki, “Əfqanıstan və İrandan, Avropa və Rusiyaya gedən əsas narkotrafik marşrutlarının mərkəzində yerləşən Azərbaycan heroin və digər narkotiklərin daşınmasında mühüm ölkədir. Bununla belə ölkədə narkotik maddələrdən istifadə və narkotik maddələrin becərilməsi çox kiçik miqyasdadır və əhəmiyyətli problem yaratmır”.
Sənəddə qeyd olunur ki, hər il Azərbaycandan keçməklə 11 metrik ton heroin daşınır ki, bunların da əksəriyyəti ölkəyə İranın cənub sərhədlərindən daxil olur.