Həqiqi hərbi xidmətə çağırış başladı
09 İyun 2010 Çərşənbə 21:05
Həqiqi hərbi xidmətə çağırış başladı. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqda bu gün fərman imzalayıb.
Sənədə əsasən, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.
“Hərbi xidmət haqda” qanunda nəzərdə tutulmuş xidmət müddəti keçmiş əsgər, matros və çavuşlar isə 2010-cu ilin iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: