Həmyerlilərimiz Rusiyadan 676 milyon dollar göndərib
17 Yanvar 2011 Bazar Ertəsi 21:50
2010-cu ilin 9 ayının göstəriciləri açıqlanıb.
Rusiyadan öz ölkələrinə ən çox pul göndərən ölkələrin nümayəndələri məlum olub. Bu siyahının birincisi özbəklər - 5 milyard dollar, ikinci ukraynalılar, üçüncüsü isə taciklərin olduğu məlum olub. Azərbaycanlılar isə Rusiyadan ölkəmizə 2010-cu ilin birinci rübündə 188 milyon dollar, ikinci rübündə 224 mln, üçüncü rübündə isə 264 mln dollar pul göndərib.

Qeyd edək ki, 2009-cu ilin analoji dövrü ilə müqayisədə bu göstərici yüksək, lakin 2008-ci illə isə aşağı göstərici hesab edilir. 2010-cu ilin sonuncu rübünə dair məlumatlar isə hələlik açıqlanmır.

Mərkəzi Bankın məlumatlarına əsasən, MDB-nin əmək miqrantları təkcə bank köçürmələri vasitəsi ilə Rusiyadan 2008-ci ildə 18,5 milyard dollar, 2009-da 13 milyard, 2010-cu ilin 9 ayda isə təxminən 5 milyard dollar təşkil edib.

Gürcüstan Milli Bankı isə verdiyi məlumatda açıqlayıb ki, 2010-cu ildə Rusiyadan Gürcüstana 530 166 000 dollar göndərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar