Həmsədrlərin regiona səfər edəcəkləri tarix bəlli olub
    03 İyun 2011 Cümə 11:36
    Bu barədə diplomatik dairələrdəki nümayəndələrə istinadən erməni mətbuatı məlumat yayıb
    
                	 
    
         ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradkenin (ABŞ) Cənubi Qafqaz regionuna növbəti səfəri iyun ayının ikinci ongünlüyünə nəşərdə tutulub. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə diplomatik dairələrdəki nümayəndələrə istinadən erməni mətbuatı məlumat yayıb. 
 
Xatırladaq ki, iyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq. Bu görüş Rusiya prezidenti adına ənənəvi at yarışları çərçivəsində baş tutacaq.
DOSTLARINLA PAYLAŞ: