Həmsədrlərdən İrəvanda jurnalistlərə alayarımçıq açıqlama
12 Aprel 2011 Çərşənbə Axşamı 00:43
“Soçi razılaşmalarının yerinə yetirilməsi prosesini müzakirə etdik, təmas xəttindəki insidentlərin araşdırılması mexanizminin hazırlanması məsələsinə toxunduq”
ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvanda jurnalistlərə açıqlama veriblər. Rusiyalı həmsədr İqor Popov deyib ki, xarici işlər naziri Edvard Nalbandyanla sülh danışıqları prosesinin gedişatını müzakirə ediblər: “Biz Soçi razılaşmalarının yerinə yetirilməsi prosesini müzakirə etdik, təmas xəttindəki insidentlərin araşdırılması mexanizminin hazırlanması məsələsinə toxunduq. Eləcə də xarici işlər nazirlərinin gözlənilən görüşündən danışdıq”.

Amerikalı həmsədr Robert Bradtke isə bildirib ki, bu gün vasitəsilər Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəklər, sonra Dağlıq Qarabağa yola düşəcəklər və qoşunların təmas xəttini keçəcəklər. Aprelin 13-də onların Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri planlaşdırılır.

Minsk qrupunun həmsədrləri yalnıh gözlənilən görüşlər barədə məlumat veriblər və jurnalistlərin digər suallarına cavab verməkdən imtina ediblər.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 13-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işğal olunmuş ərazilərdən təmas xəttini keçərək Ağdam rayonunun Orta Qərvənd kəndinə gəlmələri planlaşdırılır. Məqsəd 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırmanı davam etdirməkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar