Həmsədrlər Xankəndidəki hava limanı ilə bağlı mövqelərini açıqlayıblar
14 İyul 2012 Şənbə 11:23
Aeroport Dağlıq Qarabağın statusunun dəyişdirilməsində istifadə oluna bilməz.
Xankəndidə tikilən hava limanı Dağlıq Qarabağın statusunun dəyişdirilməsində istifadə oluna bilməz və həmsədrlər tərəfləri onların ərazilərinin üstündən uçuşlar üçün beynəlxalq qanunlara uyğun hərəkət etməyə çağırırlar. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin nəticələrini açıqlayarkən qeyd ediblər.

Bundan başqa, qurumun vasitəçiləri bildirirlər ki, 10-13 iyul tarixlərində keçirdiyi görüşlərdə tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində öz mövqelərini bir daha bəyan ediblər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar