Həmsədrlər separatçı rejimin rəhbəri ilə görüşüblər
12 İyul 2012 Cümə Axşamı 12:09
İqor Popov Qarabağın prosesə qoşulması ilə münaqişənin nizamlanmasına dair danışıqların formatının genişlənə biləcəyini bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin rəhbərliyi ilə görüşüb.
ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, separatsçı rejimin rəhbəri Bako Saakyanla görüşdən sonra rusiyalı həmsədr İqor Popov bildirib ki, münaqişəsinin nizamlanmasına dair danışıqların formatı Dağlıq Qarabağın bu prosesə qoşulması ilə genişlənə bilər.
Onun sözlərinə görə, həmsədrlər həmişə Qarabağ müəyyən mərhələdə danışıqlar prosesinə qoşulmalı olduğunu deyiblər. Popov bu mərhələnin nə vaxt başlayacağını bilməsə də, sülh sazişinin detallarının müzakirəsi başladıqda danışıqlar formatı genişlənə biləcəyini güman edir.
DOSTLARINLA PAYLAŞ: