Həmsədrlər qondarma rejimin rəhbəri ilə görüşüb
08 Sentyabr 2010 Çərşənbə 19:35
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.
Bu gün Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Müzakirələr zamanı münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsi bir daha vurğulanıb. Problemin digər qurumlara ötürülməsinin münaqişənin həllinə yardım etməyəcəyi qeyd olunub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar