Həmsədrlər prezidentlərin razılığını ala biləcəklərmi?
29 Sentyabr 2009 Çərşənbə Axşamı 20:45
Yuri Merzlyakov: "Gələn həftə biz Bakıda olacağıq"
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Bakıya səfər edəcək. Bu barədə ANS-ə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov məlumat verib.
Həmsədrlər regiona oktyabrın 1-də İrəvana, daha sonra Dağlıq Qarabağa gedəcək. Bundan sonra isə həmsədrlər Bakıya gələcək.
Rusiyalı diplomat hər hansı yeni sənəd və təkliflərlə gəlmədiklərini deyib. O, səfərlərinin məqsədinin prezidentlərin növbəti görüşünə hazırlıqla bağlı olduğunu bildirib: «Gələn həftə biz Bakıda olacağıq. «Böyük səkkizlik» ölkələri prezidentlərinin Akvilada bəyan etdikləri "Madrid prinsipləri"nin yenilənmiş versiyasını hazırlamışıq. Amma regiona səfərimiz zamanı həmin sənədi təqdim etməyi nəzərdə tutmuruq. Mən bilirəm ki, biz prezidentlərə yeni görüş barəsində təklif vermişik. Bu səfərimizdə həm bunu dəqiqləşdirəcəyik, həm də prezidentlərin razılığını alacağıq».
DOSTLARINLA PAYLAŞ: