Həmsədrlər Nalbandyanla danışıqlara başlayıb
26 Noyabr 2010 Cümə 16:50
Daha sonra vasitəçilər Ermənistan prezidenti ilə görüşəcəklər
Bu gün İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Bernar Fasye və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşə başlayıb.
ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, vasitəçilər jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər. Onlar bunu görüşə tələsdikləri ilə əsaslandırıblar.
Həmsədrlər həmçinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcəklər.
Xatırladaq ki, həmsədrlər bundan əvvəl Azərbaycanda səfərdə olublar. Onlar prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aktual məsələləri müzakirə ediblər.
DOSTLARINLA PAYLAŞ: