Həmsədrlər meteoroloqlardan xəbər gözləyir
09 Fevral 2011 Çərşənbə 19:20
Bernar Fasye: "Hava yaxşı olarsa, Qarabağa gedə bilərik"
Məlum olduğu kimi ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke regiona səfərə gəlib. Səfərin ilk günündə İrəvanda olan vasitəçilər Ermənistanin xarici işlər naziri Edvard Nalbandyan, daha sonra isə prezident Serj Sarkisyanla görüşüb.

ATƏT-in Minsk qrupunun həmsədrləri görüşdən sonra jurnalistlərə heç bir açıqlama verməyib. Jurnalistlərin “Dağlıq Qarabağa səfər edəcəksinizmi?” sualını ATƏT-in fransalı həmsədri Bernar Fasye bir kəlmə ilə cavablandirib: “Hava yaxşı olarsa, Qarabağa gedə bilərik. Hələlik meteoroloqların proqnozlarını almamışıq və bununla bağlı bir söz deyə bilmərik”.

Sabah həmsədrlər Azərbaycana səfər edəcək. Onlar Bakıda xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar