Həmsədrlər iyulda regiona səfər edəcəklər
22 İyun 2012 Cümə 12:11
Bu barədə Rusiya XİN nümayəndəsi bildirib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin iyulda regiona səfər edəcəklər. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə deyib.

O, iyun ayının 18-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildiyini xatırladıb. "Bu həmsədrlər tərəfindən təşkil edilmiş planlaşdırılmış görüş idi. Nazirlər Qarabağ üzrə çərcivə razılaşmasının hazırlanması məsələləri, son zamanlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlər, cəbhə xəttində olan təzyiqləri azaltmaq barədə fikir mübadiləsi aparıblar”.

Dağlıq Qarabağ problemi ilə bağlı Meksikada 3 ölkə prezidentinin birgə bəyanatı barədə danışan XİN nümayəndəsi “Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli hər üç ölkənin marağındadır”, - deyə bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar