Həmsədrlər helikopterlə Bakıya gəlir
29 Noyabr 2011 Çərşənbə Axşamı 17:27
Bernar Fasye: “Ermənistan-Azərbaycan sərhədində gərginlik təmas xəttindən daha azdır”.
Bu gün Qazax rayonunun Cəfərli kəndində qoşunların təmas xəttində keçirilən monitorinqdən sonra təmas xəttini keçərək Qazax rayonuna gəlmiş ATƏT-in Minsk qrupunun həmsədrləri Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüşüb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Bernar Fasye regiona səfər barədə danışıb: "Bildiyiniz kimi, biz hələlik səfərin yarısındayıq. Görüş həmişəki kimi bir tərəfdə başlayır, digər tərəfdə bitir. Ermənistanda olduq, prezident, xarici işlər və müdafiə naziri ilə görüşdük. Bu dəfə keçidi təmas xəttində - Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhədində etdik. Xoşbəxtlikdən burada gərginlik təmas xəttindən daha azdır. Qazaxdan helikopterlə Bakıya yola düşəcəyik. Bakıda prezident, xarici işlər və müdafiə naziri ilə görüşəcəyik”.

Bunun ardınca həmsədrlər helikopterlə Bakıya yola düşüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar