Həmsədrlər Ermənistan-Azərbaycan sərhədini keçiblər
29 Noyabr 2011 Çərşənbə Axşamı 12:58
Həmsədrlər sərhədi keçən kimi dərhal monitorinqə başlayıblar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan-Ermənistan sərhədində monitorinqə başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, nümayəndə heyyəti təxminən saat 12:00 radələrində Bala Cəfərli kəndi istiqamətindən sərhədi keçib.

Planlaşdırıldığı kimi həmsədrlər monitorinqdən öncə Qazax rayon İcra Hakimiyyətinə getməyib və sərhədi keçən kimi dərhal monitorinqə başlayıblar. Hazırda onlar təmas xəttindədirlər. Bölgə müxbirinin sözlərinə görə, monitorinqi izləmək üçün mətbuat nümayəndələrinə şərait yaradılmayıb.

Monitorinq başa çatandan sonra həmsərdlər Bakıya getməlidir. Onların Bakıya helikopter vasitəsilə gətirilməsi nəzərdə tutulur. Hələlik monitorinq zamanı heç bir insident qeydə alınmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar