Həmsədrlər bəyanatla çıxış ediblər
07 Mart 2009 Şənbə 11:40
Həmsədrlər Sürix görüşündən sonra prezidentlərin açıq diskussiya aparmaq niyyətini alqışlayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye və Metyu Brayza bu gecə növbəti bəyanatla çıxış ediblər. Təşkilatın rəsmi saytında yerləşdirilən məlumata əsasən, həmsədrlər Sürix görüşündən sonra prezidentlərin açıq diskussiya aparmaq niyyətini alqışlayıblar: «Ümidvarıq bu ki, danışıqların davam etməsi tərəflər arasında fikir ayrılıqlarını azaldacaq. Yalnız o zaman yaxın müddət ərzində münaqişənin dinc yolla nizamlanması mümkün ola bilər».
Bəyanatda ATƏT missiyasının qoşunların təmas xəttində keçirdiyi növbəti monitorinq zamanı atəşkəsin pozulması faktı pisləbib: «Biz həmçinin 2008-ci ildə atəşkəs rejiminin pozulması nəticəsində 30 nəfərin ölməsi, 50 nəfərin yaralanmasından da təəssüfləndiyimizi bildiririk. Biz tərəfləri atəşkəs rejimini qorumağa çağırırıq». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar