Həmsədrlər ABŞ dövlət katibinin müavini ilə görüşüblər
    28 Aprel 2011 Cümə Axşamı 11:36
    Həmsədrlər görüşün məhsuldar və ümidverici olduğunu bildiriblər
    
                	 
    
         ATƏT Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik aprelin 27-də ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnslə görüşüblər.
Görüşdə müzakirə olunan məsələlərin təfərrüatları açıqlanmayıb. Həmsədrlər görüşün məhsuldar və ümidverici olduğunu bildiriblər.
DOSTLARINLA PAYLAŞ: