Həmməruzəçilər gələn ay Azərbaycana gələcək
28 Yanvar 2011 Cümə 20:20
Jozef Debono Qrex və Pedro Aqramuntun səfərinin proqramı açıqlanıb.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex (Joseph Debono Grech - Malta) və Pedro Aqramunt (Pedro Agramunt – İspaniya) fevralın 1-3-də Azərbaycanda səfərdə olacaq.
Onlar prezident, Milli Məclisin spikeri, ədliyyə və milli təhlükəsizlik nazirləri, baş prokuror, Ali Məhkəmənin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşəcək.

Bundan başqa, həmməruzəçilərin siyasi partiya təmsilçiləri, Ombudsman, diplomatik korpusun üzvləri və media mənsubları ilə görüşü nəzərdə də tutulur.

AŞPA nümayəndələri səfər çərçivəsində Sumqayıta da gedəcək. Onlar Sumqayıtda yerli təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcək.

Həmməruzəçilər səfərin yekunlarına dair fevralın 3-də mətbuat konfransı keçirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar