Həcc ziyarətinin olar olmazları
16 Oktyabr 2012 Çərşənbə Axşamı 11:35
Həcc ziyarətinin olar olmazları Karvan sualları cavablandırıb.
-Həcc ziyarətində Kəbə təvaf olunarkən qara daşa əl çəkmək vacibdir?
- Xeyr, bu, həccin vacib əməllərinə daxil deyil, zəvvarlar bunu təbərrük (iş və əməllərinin bərəkətli olması) üçün yerinə yetirirlər.
-Kəbə evini ziyarət etməklə yanaşı, Mədinədəki Peyğəmbər məscidini də ziyarət etmək vacibdir, ya yox?
-Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək həccin vacib əməllərindən biri olmasa da, onun ziyarət edilməsinə təkid olunmuşdur. Bunu Peyğəmbər (s) hələ öz sağlığında və ondan sonra Məsum imamlar (ə) bəyan etmişlər.
-Həcc ziyarətindən qayıdan şəxslərin ayaqları altında qurban kəsmək vacibdir?
-Əgər bu iş ziyarətə gedən şəxsin özü və ya yaxınları tərəfindən nəzir olunmuşsa, bəli kəsilməlidir. Əks halda vacib deyil.
-Deyirlər subay qız və qadınlar həccə gedə bilməzlər. Bu doğrudan da belədir?
-Xeyr, bu İlahi hökmün yerinə yetirilməsi üçün ərə getmək vacib deyil. Subay ola-ola da ziyarətə getmək olar.
-Həccdən gətirilən ehramı başqa məqsədlərlə istifadə etmək olar?
-Ehram iki hissədən ibarət adi parçadır. Və o baxır sizin məqsədinizə. Məsələn, ondan stolüstü parça kimi istifadə etmək, təbii ki, əxlaqi baxımdan həccə hörmətsizlik olar.
-Azyaşlı uşaqlarla ziyarətə gedən şəxs əməllərini necə yerinə yetirməlidir?
-Hər bir əməlin öz hökmü var. Məsələn, Kəbə evini təvaf edərkən uşaqlar qucağa götürülməli və sol çiyinləri mütləq Kəbəyə tərəf olmalıdır.
DOSTLARINLA PAYLAŞ: