"Heç kim Üsamə bin Ladenin yerini tuta bilməz"
04 May 2011 Çərşənbə 14:08
Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat katibi, general Məhəmməd Zahir Əzimi belə hesab edir
"Əl-Qaidə" təşkilatının lideri kimi heç kim Üsamə bin Laden qədər '"təsirə malik" olmayacaq. Bunu Əfqanıstanın Müdafiə Nazirliyinin mətbuat katibi, general Məhəmməd Zahir Əzimi bəyan edib.

Keçirdiyi mətibuat konfransında Əzimi bildirib ki, Üsamə bin Laden son illərdə təşkilatda nisbətən az rol oynasa da, heç kim "Əl-Qaidə"də onun sələfi ola bilməz.

Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, bin Ladenin öldürülməsi hələ təşkilatın sonu deyil: "Terrorizmə qarşı mübarizənin bir sıra çətinlikləri var. Üsamə Bin Ladenin ölümü gələcəkdə Əfqanıstanda, regionda və bütün dünyada müsbət təsirə malik ola bilər, amma düşünməməliyik ki, onun ölümündən sonra "Əl-Qaidə" də məhv olacaq".

Xatırladaq ki, daha öncə Əfqanıstan prezidenti Həmid Kərzai bildirmişdi ki, Üsamə bin Ladenin Pakistanda öldürülməsi döyüşçülərə qarşı mübarizənin Əfqanıstanda deyil, məhz qonşu Pakistanda mərkəzləşdirilməli olduğunu sübut edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar