“Həbs-qətimkan tədbirləri ilə bağlı acınacaqlı faktlar ortaya çıxıb”
02 Mart 2010 Çərşənbə Axşamı 17:05
Ali Məhkəmənin sədri Ramiz Rzayev belə deyib
“Azərbaycanda həbs-qətimkan tədbirlərinin seçilməsi ilə bağlı acınacaqlı faktlar ortaya çıxıb”. Bu sözləri jurnalistlərə açıqlamasında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
“Həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir müstəsna hallarda seçilməlidir. Mülahizələrlə həbs-qətimkan tədbirinin seçilməsi isə mümkün deyil. Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, bu zaman həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən bu halları əsaslandırmalıdır”, deyə R. Rzayev bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: