Hazırda hər hansı ölkə ilə viza rejimini tam aradan qaldırmağa hazır deyilik
08 Fevral 2011 Çərşənbə Axşamı 23:15
Elxan Poluxovun sözlərinə görə, bu, həm texniki problemlər, həm də dövlətdaxili prosedurların tamamlanmamasından irəli gəlir.
Azərbaycan hazırkı məqamda hər hansı ölkə ilə viza rejimini tam aradan qaldırmağa hazır deyil. Bu fikirləri APA-nın Azərbaycanın digər ölkələrin vətəndaşları üçün viza rejiminin ləğv edilməsi məsələsinə dair sualına cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Diplomat qeyd edib ki, bu, həm yaranan texniki problemlər, həm də dövlətdaxili prosedurların tamamlanmamasından irəli gəlir: “Bu səbəbdən Azərbaycan Respublikası vətəndaşları üçün viza tələbini aradan qaldırmış ölkələrə dair simmetrik addımların atılması hələ mümkün deyil”.

Bununla yanaşı Elxan Poluxov Azərbaycan vətəndaşları üçün viza tələbini aradan qaldırmış ölkələrə minnətdarlıq bildirib və nazirlik tərəfindən bu məsələnin həllinə dair müvafiq işlərin davam etdirildiyini vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar