Hamburqda Xocalı faciəsi Xoca filmi ilə anılacaq
20 Fevral 2013 Çərşənbə 09:20
Almaniyada Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsi yad ediləcək.
Almaniyanın Hamburq şəhərində Xocalı faciəsi qurbanlarının ildönümü Vahid Mustafayevin müəllifi olduğu "Xoca" filmi ilə anılacaq.

ANS PRESS-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, fevralın 24-də Almaniyanın Hamburq şəhərində Hamburqdakı Azərbaycan və Türk diasporasının nümayəndələri Xocalı faciəsinin qurbanlarının xatirəsi gecəsinə toplaşacaqlar.

“Buta” cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Daha sonra Vahid Mustafayevin Xocalı qətliamına həsr edilmiş “Xoca” filmi nümayiş olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar