Hakkaridə öldürülən PKK terrorçuları arasında Ermənistan vətəndaşları da var
09 Avqust 2012 Cümə Axşamı 12:18
Keçirilən xüsusi əməliyyatlar zamanı öldürülmüş PKK terrorçularının sayı 170-ə çatıb.
Türkiyədə Çukurca və Şəmdunli qəsəbələrində PKK terrorçularına qarşı əməliyyat davam edir. APA-nın məlumatına görə, Türkiyənin daxili işlər naziri PKK-ya qarşı əməliyyatlarla bağlı sensasion açıqlamalar verib. Nazir öldürülən PKK terrorçularının sayının 170-ə çatdığını, onların arasında çoxlu sayda xarici vətəndaşın olduğunu bildirib. İdris Naim Şahinin sözlərinə görə, zərərsizləşdirilən terrorçular arasında Suriya, İran, İsrail vətəndaşları ilə yanaşı Ermənistan vətəndaşları da var. Nazir öldürülən Ermənistan mənşəli terrorçuların sayını açıqlamayıb.
Qeyd edək ki, Hakkari vilayətində PKK terror təşkilatının 300-dək üzvü mühasirəyə alınıb. Artıq iki həftəyə yaxındır ki, terrorçuların zərərsizləşdirilməsi məqsədilə dağlıq ərazidə əməliyyat keçirilir.
DOSTLARINLA PAYLAŞ: