Hadisənin dalında maraqlı qüvvələrin olduğu ehtimalı var
01 May 2009 Cümə 11:15
Millət vəkili hesab edir ki, tələbələr və hadisəni törədən gənc həmin maraqlı qüvvələrin qurbanına çevriliblər

 

Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş vermiş silahlı basqın nəticəsində həlak olanları  yad etmək üçün Akademiyanın qarşısına gələnlər arasında millət vəkilləri də var. ANSPRESS-in məlumatına görə, qanlı olayın qurbanlarını anmaq üçün hadisə yerinə gələn millət vəkili Zahid Oruc jurnalistlərə açıqlamasında bildirib ki, baş vermiş olay çox ağır hadisədir: "Bu hadisənin dalında maraqlı qüvvələrin olduğu ehtimalı var. Bu da tələbələrin və hadisəni törədən gənci həmin maraqlı qüvvələrin qurbanına çevirib. Hüquq mühafizə orqanları bu maraqlı qüvvələrin təhrikini araşdıracaq. Ümid edirəm ki, Azərbaycanda belə bir hadisə sonuncu olacaq və  elm, təhsil ictimaiyyəti bu hadisədən qurtulub normal təhsilini davam etdirəcək. Düşünürəm ki, bu terror bütün dünyada izləndiyi kimi, bizdə də araşdırılacaq. Terrorun milləti yoxdur. Bu qanlı hadisənin təfərrüatları açıqlanacaq".

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar