Hacı Allahşükür Paşazadə Metyu Brayza ilə görüşüb
05 Avqust 2011 Cümə 18:22
Hacı Allahşükür Paşazadə Metyu Brayza ilə görüşüb. Görüş ABŞ səfirinin xahişi ilə baş tutub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə məlumatı ANS PRESS-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, görüş səfirin öz xahişi ilə baş tutub. Görüşdə ABŞ səfiri M.Brayza bütün müsəlman dünyasını müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb.
Görüşdə həmçinin Amerika və Azərbaycan xalqları arasında mənəvi əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti olan məsələlər də müzakirə edilib. M.Brayza Hacı Allahşükür Paşazadəyə bacısının vəfatı ilə əlaqədər başsağlığı da verib.
A.Paşazadə isə öz növbəsində ABŞ prezidenti Barak Obamanı 50 illik yubileyi münsibəti ilə təbrik edib və Brayzadan ən xoş arzularını çatdırmağı xahiş edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: