H1N1 virusuna 40 ölkədə 8829 nəfər yoluxub
19 May 2009 Çərşənbə Axşamı 01:20
ABŞ Səhiyyə Nazirliyi: “Tədqiqatlar göstərir ki, “A” qripi də digər mövsümi qriplər kimi bütün dünya üzrə dövr edəcək”

“H1N1 virusu ABŞ-dan başlayaraq, bütün dünya üzrə yayılmaqda davam edir”. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki sessiyasında ABŞ Səhiyyə Nazirliyinin rəsmimi Riçard Besser deyib. Onun sözlərinə görə, hazırda “A” qiripi çox təhlükəli hesab olunmasa da, ABŞ-da virusun birindən digərinə ötürülməsi halları artmaqda davam edir: “Bizim apardığımız tədqiqatlar göstərir ki, “A” qripi də digər mövsümi qriplər kimi bütün dünya üzrə dövr edəcək”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi “donuz qripi”nə dünyanın 40 ölkəsində 8829 yoluxma halını təsdiqləyib. Onlardan 74-ü ölümlə nəticələnib. Təşkilatın Bah direktorunun səhiyyədə və ətraf mühitdə təhlükəsizlik məsələləri üzrə köməkçisi Keci Fukuda bildirib ki, xəstəliyə yoluxma hallarının 95 faizi ŞimaliAmerika,  ABŞ, Meksika və Kanadada qeydə alınıb. Onun sözlərinə görə, Yaponiya (125 yoluxma faktı), İspaniya (103 fakt) və Böyük Britaniya (101 fakt) da təhlükəli ölkələrdən sayılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar