H1N1 virusu 539 nəfərin həyatına son qoyub
12 İyul 2009 Bazar 20:50
Dünyada "donuz qripi"nə yoluxanların sayı durmadan artmaqdadır

 

Dünyada "donuz qripi" xəstəliyinə yoluxanların sayı durmadan artmaqdadır. ANS PRESS-in "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son laborator müayinələrin nəticələrinə əsaslanaraq hazırda A/H1N1 virusuna yoluxanların sayının 109.161 nəfərə çatdığını bildirib.

Xəstəliyə yoluxanlardan 539 nəfər artıq vəfat edib.

ÜST-nin məlumatına görə, A/H1N1 virusu dünyanın 125 ölkəsində aşkar edilib.

Qeyd edək ki, son vaxtlar A/H1N1 virusunun sürətlə yayıldığı ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. Bu ölkədə virusa yoluxanların sayı 184 nəfərə çatıb. Yerli qəzetlər səhiyyə nazirliyinə istinadən yazır ki, təkcə son sutka ərzində ölkə ərazisində 11 nəfərdə A/H1N1 virusu aşkar edilib. Xəstəliyə yoluxanların 7 nəfəri ərəbdir, 4 nəfər isə xarici vətəndaşlardır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar