Gürcüstanın energetika naziri Azərbaycana səfər edəcək
01 İyun 2012 Cümə 12:27
Gürcüstan nümayəndə heyəti Bakıda keçiriləcək “Caspian Oil & Gas 2012” beynəlxalq sərgisində iştirak edəcək.
Gələn həftə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Azərbaycana səfər edəcək.
Gürcüstanın Azərbaycandakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, A.Xetaqurinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 5-8-də Bakıda keçiriləcək 19-cu “Caspian Oil & Gas 2012” beynəlxalq sərgisində iştirak edəcək.
Gürcüstanlı nazirin sərginin açılış mərasimində iştirak edəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: