Bundan sonra Gürcüstandakı soydaşlarımızın hüquqlarını həm də Azərbaycanın Ombudsman Aparatı qoruyacaq. Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova ANS-ə müsahibəsində yaxın günlərdə Gürcüstanda Ombudsman Aparatının tərkib hissəsi olan büro yaradılacağını açıqlayıb. O bildirib ki, ofisin adıçəkilən ölkədə fəaliyyəti üçün tam şərait var. Ombusmanın sözlərinə görə, qurum oradakı soydaşlarımızla müntəzəm iş aparacaq. "Bizə artıq çoxlu müraciətlər var"./ANS PRESS/