Gürcüstan vətəndaşlarına qadağa qoyuldu
17 Sentyabr 2009 Cümə Axşamı 13:45
Bundan sonra onlar Rusiyaya gedə bilməyəcəklər
Gürcüstan vətəndaşları bundan sonra Azərbaycan-Rusiya sərhədlərindən Rusiya Federasiyasının ərazisinə quru sərhədlərindən daxil ola bilməyəcəklər. ANS PRESS-in «Armtoday.info» saytına istinadən yaydığı xəbərə görə, bu ilin sentyabrın 18-dən Gürcüstanın MDB-dən çıxması ilə əlaqədar olaraq bu yeni qaydalar tədbiq olunmağa başlayıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatında isə deyilir ki, Gürcüstanın MDB-dən çıxması, avtomatik olaraq bu ölkə vətəndaşlarının adlarını Rusiya Federasiyasının ərazilərinə daxil olmaq istəyən xaricilərə aid olan siyahıdan çıxarılıb. Bununla əlaqədar olaraq gürcü vətəndaşlar Rusiyanın Azərbaycan sərhədlərindən də keçə bilməyəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar