Gürcüstan Qarabağ “seçkilər”i ilə bağlı bəyanat yayıb
27 May 2010 Cümə Axşamı 16:15
Rəsmi Tiflis Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Bəyanata görə, Gürcüstan mayın 23-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda erməni separatçıları tərəfindən keçirilən “parlament seçkisi”ni tanımır.

“Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini birmənalı qaydada dəstəkləyir və 23 may tarixində Dağlıq Qarabağda keçirilən qondarma “parlament seçkiləri”ni tanımır”, - deyə Gürcüstan XİN-in cümə axşamı yayılan bəyanatında bildirilir.

Bununla yanaşı, Gürcüstanın xarici siyasət idarəsi münaqişənin sülh yolu ilə nizamlanması mövqeyindən çıxış edib.

“Biz dərindən əminik ki, regionda aparılan cari sülh danışıqlarına alternativ yoxdur və proses beynəlxalq təşkilatların iştirakı ilə münaqişənin nizamlanması üçün lazımi yekun həll üzrə razılaşma əldə olunmayanadək davam etdirilməlidir”, - deyə bəyanatda deyilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar