Gürcüstan İrəvanla Ankara arasında vasitəçi ola bilər?
14 İyun 2010 Bazar Ertəsi 17:20
Edvard Nalbandyan Tiflisdə gürcüstanlı həmkarı ilə Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib.
Gürcüstan tərəfi Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasında vasitəçi ola bilər. Belə bir açıqlama ilə Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze ilə görüşdən sonra Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.

“Ermənistan və Türkiyə arasında münasibətlərin bərpasına imkan verən istənilən vasitəçilik bizim tərəfimizdən müsbət qiymətləndiriləcək”, - deyə Edvard Nalbandyan deyib.

Erməni nazir hazırda Türkiyə ilə münasibətlərin normallaşması prosesində durğunluğun yarandığını deməklə, rəsmi İrəvanın türk-erməni əlaqələrinin bərpası üçün Ankaradan real hazırlıq gözlədiyni də bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar