İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol.
7 Ramazan 1431 – 17 avqust 2010
7-ci günün duası: “Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamihö vərzuqni fihi zikrikə bidəvaih. Bitəufiqikə ya hidayəl-muzillin”.
İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!
Ayə: “Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir! (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız. (Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin”.
Hədis: “Edilən işlər niyyətlərə görə dəyər qazanar. Hər kəs etdiyi işin qarşılığını niyyətinə görə alar. Kimin niyyəti Allaha və Rəsuluna çatmaq, onlara hicrət etməksə, əlinə keçəcək savab da Allaha və Rəsuluna hicrət savabıdır. Kim də əldə edəcəyi bir dünyalığa və ya evlənəcəyi bir qadına qovuşmaq üçün yola çıxmışsa, onun hicrəti də hicrət etdiyi şeyə görə dəyər qazanar.”
ANSPRESS