Gündəlik Ramazan təqvimi 16 avqust 2010
16 Avqust 2010 Bazar Ertəsi 00:20
İlahi, bu gün Sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et.
6 Ramazan 1431 – 16 avqust 2010
İmsaq: 06.35
İftar: 20.52
6-cı günün duası: “Allahummə la təxzulni fihi li-təərruzi məsiyətik.Və la təzribnibisifati nəqəmətik. Və la zəhdihni fihi min mucibəti səxətik. Bimənnikə və yəadikə ya muntəharəğbətir-rağibin”
İlahi, bu gün Sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam qırmancı ilə vurma. Bu gün Sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzularının sonu!
Ayə: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” /Əl Maidə-3/
Hədis: "Allah vəhy yolu ilə mənə əmr etdi ki, bir-birinizə qarşı təvazökar olasınız. Heç kim başqasına qarşı öyünməsin və heç kim başqasına zülm etməsin."
Ps: Portalımızda imsaq və iftar vaxtları Qafqaz müsəlmanları idarəsi (QMİ) tərəfindən müəyyən edilmiş təqvim əsasında yazılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: