İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinini şirinliyini mənə dadızdır.
4 Ramazan 1431 – 14 avqust 2010
İmsaq: 05.32
İftar: 20.55
4-cü günün duası: “Allahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əuzini fihi li-ədai şukrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik,ya əbsərən-nazirin”.
İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinini şirinliyini mənə dadızdır. Sənə layiqincə şükür etmək üçün mənə ilham ver. Kərəminə and verirəm, məni Öz himayəndə qoru, ey görənlərin ən bəsirətlisi!.
Ayə: “(Allah) buyurdu: `Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm!`” /TAHA-46/
Hədis: "Kim Allaha və Axirət gününə inanırsa, qoy qonşusuna yaxşılıq etsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy qonağına ehtiram göstərsin. Kim Allaha və Axirət gününə inanırsa, qoy xeyir söyləsin ya da sussun".
ANSPRESS