İlahi, bu gün mənə zəka və aydınlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır.
3 Ramazan 1431 – 13 avqust 2010
İmsaq: 05.31
İftar: 20.56
3-cü günün duası: “Allahummərzuqni fihih-zihnə vəttənbih. Və biaidni fihi minəs-səfahəti vət-təmvih.Vəcəl nəsibən min kuli xəyrin tunzilu fih. Bicudikə ya əcvədəl-əcvədin”.
İlahi, bu gün mənə zəka və aydınlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!
Ayə: “Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;” /Muminun 1-5/
Hədis: Peyğəmbər (s.ə.s) buyurur: "İslam aşağıdakı əsaslardan ibarətdir:
1) Allahdan başqa ibadətə layiq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət gətirmək.
2) Vacib namazları qılmaq
3) Zəkat vermək
4) Həcci yerinə yetirmək
5) Ramazan ayı boyunca oruc tutmaq”. (Kitabul İman)
ANSPRESS