Gündəlik Ramazan təqvimi (11 avqust 2010)
11 Avqust 2010 Çərşənbə 04:35
"Məni bu ayda qəfillərin getdiyi yuxudan uzaq et".
1 ramazan 1431 – 11 avqust 2010
İmsaq: 05.29
İftar: 20.59
1-ci günün duası: Allahumməcəl syami fihi siyaməssaiminə və qiyami fihi qiyaməl-qaimin.Və nəbbihni fihi ən nəumətil-ğafilin.Vəhəb li curmi fihi ya İlahəl-aləmin.Vəfu ənni ya afiyən ənilmucrimin.
İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların oruclarından, gecələr oyaq qalmaqla etdiyim ibadətləri - əsl gecə ibadətçilərinin ibadətlərindən qərar ver. Məni bu ayda qəfillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!.
Ayə: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”. /Bəqərə-185/
Hədis: “Allah buyurur: `Oruc mənim üçündür, onun mükafatını mən verirəm`”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: