Gün gələcək Qarabağ danışıqların iştirakçısı olacaq
12 Mart 2010 Cümə 13:10
Ermənistan mətbuatının məlumatına görə, bunu Minsk qrupunun fransalı həmsədri deyib.
“Gün gələcək Dağlıq Qarabağ da danışıqların iştirakçısı olacaq”. Ermənistan mətbuatının yazdığı məlumata görə, belə bir bəyanatla NATO Parlament Assambleyasının İrəvanda keçirilən üçgünlük “Rouz Rot” seminarında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye çıxış edib.
O qeyd edib ki, Dağlıq Qarabağ nə qədər tez danışıqların tərkibinə daxil edilərsə, bir o qədər yaxşıdır. Bununla yanaşı həmsədr hesab edir ki, bu, “insanların sülh şəraitində yaşayacağı, bir-birlərini qonşu hesab edəcəyi, orada əvvəllər yaşayanların doğma yurd-yuvalarına qayıdacağı təqdirdə mümkün olacaq. O zaman görünür onların danışıqlarda iştirak etməyi tələb etmək hüquqları olacaq”.
Diplomat bildirib ki, o Dağlıq Qarabağın danışıqlarda iştirakından danışarkən separatçı Dağlıq Qarabağ Respublikasını nəzərdə tutmur. "Çünki, bu, Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayan “respublikadır”".
Bununla yanaşı diplomat arxayın şəkildə əlavə edib ki, qarabağlıların da danışıqlarda iştirak edəcəyi gün gələcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: