Gül Qırğıstanda Qarabağ məsələsinə toxunub
28 May 2009 Cümə Axşamı 10:20
Türkiyə prezidenti Minsk qrupunu fəaliyyətsizlikdə günahlandırıb

«İstər terror, istərsə də kürd məsələsi olsun, bu, Türkiyənin birinci dərəcəli problemidir». Bu bəyanatla Qırğızıstanda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül çıxış edib.

Gülün sözlərinə görə, nə qədər çox vaxt keçərsə, bir o qədər də çox problem çıxar və harada gərginlik varsa, orada demokratik standartların yüksəldilməsində bir o qədər çox çətinlik müşahidə olunar.

Mətbuat konransında jurnalistlərin suallarına cavab verən Abdulla Gül terror təşkilatları ilə danışıqlar aparmağın mümkünsüzlüyünü vurğulayaraq, Türkiyədə hər bir vətəndaşın bu məsələ ilə maraqlanmasının vacibliyini qeyd edib. Prezident Şimali İraqdakı qoşunların fəaliyyətinin keçən illə müqayisədə bu il əhəmiyyətli dərəcədə irəlilədyini də bildirib.

Mətbuat konrfansı zamanı prezident Gül Dağlıq Qarabağ probleminə də toxunub: «Türkiyə - Ermənistan, Ermənistan -Azərbaycan arasındakı diplomatik münasibətlər kimsənin əleyhinə deyil. 2009-cu il yaxşı bir il olacaq. Minsk qrupu 18 ildir niyə hərəkətsizdir? Mövcud vəziyyətin davam etməsi heç kimin xeyrinə deyil». Abdullah Gül belə deyib. Bundan əlavə, Gül Suriya sərhədinə yaxın ərazilərin minalardan təmizlənməsi probleminə toxunaraq, bunu Türkiyə hökümətinin maraqlandıran məsələlərdən biri olduğunu bildirib. Prezidentin sözlərirnə görə, ərazilər minalardan təmizlənərsə, Türkiyə əlavə torpaqlar qazanacaq. Türkiyə prezidenti bu məsələnin Böyük Millət Məclisində müzakirə olumasının vacibliyini qeyd edib və bildirib ki, əgər hökümət Türkiyənin lehinə olan qərar çıxararsa, o halda o, bu qərarı dəstəkləyəcək. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar