GUAM xarici işlər nazirlərinin görüşü keçirilib
30 Sentyabr 2011 Cümə 11:16
Varşavada keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 15-ci görüşü keçirilib.
 APA-nın GUAM mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici siyasət idarələri rəhbərləri təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və Avropa Birliyi ilə əlaqələrin dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Nazirlər “GUAM Xarici İşlər Nazirləri Şurasının əməkdaşlıq prspektivləri və Avropaya inteqrasiyaya dair Varşava bəyanatı”na imza atıblar. Eyni zamanda XİN rəhbərləri “Sahəvi əməkdaşlığın fəallaşdırılmasına dair GUAM-ın fəaliyyət planı”nı təsdiq ediblər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar