GUAM: “Qarabağda beynəlxalq aeroport fəaliyyət göstərə bilməz”
04 May 2011 Çərşənbə 13:07
Bu fikirlər GUAM-ın baş katibi Valeri Çeçelaşviliyə məxsusdur.
Dağlıq Qarabağda aeroport tikmək olar, lakin onun beynəlxalq aeroport kimi fəaliyyət göstərməsi praktiki mümkün deyil”. APA-nın məlumatına görə, bu fikirlər GUAM-ın baş katibi Valeri Çeçelaşviliyə məxsusdur.
Onun sözlərinə görə, Dağlıq Qarabağın hava məkanının və digər ərazilərin Azərbaycana məxsus olduğunu bütün dünya bilir: “Yalnız onu deyə bilərəm ki, aeroport tikmək olar. Lakin bu aeroport Azərbaycansız fəaliyyət göstərə bilməz. Bunun üçün beynəlxalq qaydalar və proseduralar var, beynəlxalq əhəmiyyətli aeroportun fəaliyyət göstərməsi üçün beynəlxalq hava uçuşlarını tənzimləyən beynəlxalq təşkilat qərar qəbul etməlidir. Dağlıq Qarabağın hava məkanı nəzarətdən çıxıb. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan tərəfinin razılığı olmadan bunu praktiki həyata keçirmək mümkün deyil. Buna görə də Azərbaycan bütün beynəlxalq təşkilatlarda və hava məkanına icazə verən təşkilatlarda imkanlarından istifadə edərək öz qanuni hüququnu qoruyacaq”. anspress
DOSTLARINLA PAYLAŞ: