GUAM-ın turizm üzrə işçi qrupunun 10-cu iclası başa çatıb
06 İyul 2011 Çərşənbə 11:46
Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın turizm üzrə işçi qrupunun 10-cu iclası başa çatıb.
APA-nın GUAM mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasa Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın turizm şirkətlərinin, rəsmi idarələrinin, xarici işlər nazirliklərinin və Kiyevdəki səfirliklərinin nümayəndələri qatılıb.
Tədbirdə 18-29 iyul arası Yaponiya turizm şirkətlərinin təmsilçiləri üçün informasiya turuna hazırlıq işləri müzakirə edilib. Eyni zamanda GUAM ölkələri boyunca eyni məramlı turun Yaponiya kütləvi informasiya vasitələrinin nümayəndələri üçün də təşkili müzakirə edilib.
İclas çərçivəsində cari ilin sentyabr ayında Tokioda keçiriləcək “JATA World Travel Fair 2011” sərgisində iştiraka dair məlumat dinlənilib. GUAM-ın turizm üzrə işçi qrupunun növbəti iclasının bu ilin sentyabr ayında keçiriləcəyi barədə qərar qəbul edilib. APA
DOSTLARINLA PAYLAŞ: