GUAM-ın hüquqi statistika üzrə işçi qrupunun ilk iclası keçirilib
04 İyul 2011 Bazar Ertəsi 13:46
Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın hüquqi statistika üzrə işçi qrupunun ilk iclası keçirilib.
APA-ının GUAM-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclas Gürcüstanın sədrliyi ilə baş tutub.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi iclasda hüquqi statistika üzrə işçi qrupunun fəaliyyəti istiqamətləri, GUAM dövlətlərində cinayətkarlığa dair ümumi statistikanın hazırlanması, onun təhlili və digər statistik-təhlili materialların təqdim edilməsi müzakirə olunub. Tərəflər GUAM ölkələrində statistik məlumatların toplanması və təqdim edilməsində mövcud olan yanaşmalara, onların təkmilləşdirilməsi üsullarına dair fikir mübadiləsi aparıblar.

GUAM-ın hüquqi statistika üzrə işçi qrupunun ilk iclasının yekunlarına dair Protokol imzalanıb. Qrupun növbəti iclası 2011-ci ilin oktyabr ayında baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar