GUAM-ın baş katibi məslətləşmələr üçün Bakıya gəlir
27 Yanvar 2010 Çərşənbə 19:25
Valeri Çeçelaşvilinin səfəri fevralın ortalarında gerçəkləşəcək
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycanla siyasi məsləhətləşmələr aparacaq. O, fevralın ortalarında Bakıya səfər edəcək. "Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirliyində görüşlər keçirməyi, Azərbaycanın təşkilatla builki əməkdaşlığının aktual məsələlərini müzakirə etməyi planlaşdırıram", - deyə Çeçelaşvili çərçənbə günü Trend News-a bildirib.

Baş katib səfər çərçivəsində turizm üzrə işçi qrupunun iclasında da iştirak edəcək. İclas fevralın 16-a planlaşdırılıb və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi ilə keçiriləcək.

GUAM formatı 1997-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" kimi elan olunması barədə qərar qəbul olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar