"Greenpeace" təşkilatının 50 üzvünü polis saxlayıb
14 İyun 2010 Bazar Ertəsi 23:00
Onlar AES tikintisinə qarşı çıxmaq üçün aksiya keçiriblər
İsveç polisi “Greenpeace” beynəlxalq ekologiya təşkilatına üzv olan 50 nəfəri saxlayıb. Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, həmin şəxslər ölkənin cənub şərqində yerləşən “Forsmark” Atom Elektrik Stansiyasının ərazisinə qanunsuz daxil olduqlarına görə saxlanılıblar.

Ekoloqlar bu hərəkətləri ilə ölkə parlamentarilərinin diqqətini cəlb edərək onları ölkə ərazisində yeni atom elektrik stansiyalarının tikilməsinə qarşı səsverməyə çağırıblar. İsveç parlamentində yeni AES-lərin tikilməsi ilə bağlı məsələ iyunun 17-də səsverməyə çıxarılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar