Goranboy, Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam və Tərtər istiqamətində atəşkəs pozulub
26 İyun 2010 Şənbə 12:05
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri Goranboy, Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam və Tərtər istiqamətində atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 25-də saat 08.05-dən 08.35-dək, saat 14.05-dən 14.25-dək, saat 16.15-dən 16.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.05-dən 17.15-dək, saat 21.30-dan 21.45-dək, saat 23.50-dən 00.15-dək, iyunun 26-da saat 00.23-dən 00.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 25-də saat 09.40-dan 09.55-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 26-da saat 01.30-dan 01.48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 26-da saat 04.20- dən 05.10-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 25-də saat 22.40-dan 23.10-dək, iyunun 26-da saat 00.40-dan 01.40-dək Tərtər rayonunun Çaylı, Həsənqaya, Yarımca, Qızıl Oba, Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar