Google-nin daha bir xidməti Dağlıq Qarabağı Ermənistana aid etdi
01 Noyabr 2011 Çərşənbə Axşamı 03:28
Şirkətin yeni xidmətinin qiymətlər cədvəlində Azərbaycanın ərazi bütövlüyü təhrif olunub.
İndiyədək Google-nin Azərbaycanın ərazi bütövlüyünü təhrif etməsinə dəfələrlə rast gəlmişik. Sonradan müxtəlif etiraz və müraciətlər əsasında bu səhvlərin aradan qaldırıldığının da şahidi olmuşuq. Amma bu yanlışlıqlar bitmək bilmir. Bu dəfə Google-nin “Google Voice” xidməti Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edib. Xidmətin qiymətlər cədvəlində “Ermənistan-Dağlıq Qarabağ” bölməsi var. Ermənistandakı sabit telefonlarla əlaqə 0,09 dollar, Dağlıq Qarabağdakı telefonlarla əlaqə isə 0,15 dollardır.

Qeyd edək ki, “Google Voice” xidməti bu ilin avqustunda istifadəyə verilib. Bu xidmət sayəsində beynəlxalq telefon zəngləri etmək mümkündür. Xidmət bir sıra postsovet ölkələrində, o cümlədən, Azərbaycanda işləmir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar