Google Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə şübhə altına alıb
12 Avqust 2011 Cümə 12:56
Google saytının son xəritələrində Azərbaycanın işğal altında olan bölgələri erməni adları ilə təqdim olunub.
Google şirkəti Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə şübhə altına alıb. APA-nın məlumatına görə, şirkətin “Maps” (xəritə) xidmətinin internetdə yerləşdirilmiş kosmosdan çəkilən görüntülərində Azərbaycanın işğal altında olan rayonlarının adı ermənilərin adlandırdığı formada qeyd olunub.

Əvvəlki illərdə “Google”nin xəritələrində işğal altındakı rayonlardan bir çoxunun adı olduğu kimi verilsə də, 2011-ci il üçün yenilənmiş variantda buna riayət olunmayıb.

www.maps.google.com saytındakı xəritədə işğal altında olan Füzuli rayonu - Vərəndə, Zəngilan-Kovsakan, Kəlbəcər – Karvaçar, Ağdam – Akna, Qubadlı – Sanasar, Laçın rayon mərkəzi-Berdzor, Cəbrayıl isə Jrakan kimi göstərilib. Dağlıq Qarabağ ərazisində yerləşən Xankəndi şəhəri Stepanakert, Ağdərə – Mardakert, Xocavənd – Martuni adlandırılıb.

Xəritə xidməti rayon mərkəzlərinin adları ilə yanaşı, işğal olunmuş Azərbaycan kəndlərini də ermənilərin işğaldan sonra qoyduğu qondarma adlarla təqdim edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar