Girovların vəziyyəti ağırdır
24 İyul 2014 Cümə Axşamı 17:28
Avropa azərbaycanlıları kəlbəcərlilərlər bağlı bəyanat yayıb.
Avropa azərbaycanlıları ermənilərin girov götürdüyü həmvətənlərimizlə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi (AAK) və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcər rayonu ərazisində girov götürməsi ilə bağlı Avropanın ictmai, siyasi və humanitar təşkilatlarına bəyanat ünvanlayıb.

Müraciətdə öz doğma torpağında erməni işğalçıları tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətinin ağır olduğu bildirilir və beynəlxalq qurumları həmvətənlərimizin taleyinə biganə qalmamağa çağırır, erməni işğalçılarının işgəncə siyasətinə son qoymasını tələb edir. Bəyanatda Kəlbəcərdəki hadisələrlə yanaşı, Dağlıq Qarabağ və yeddi ətraf rayonunun ermənilər tərəfindən işğal edilməsi, bir milyon qaçqın və məcburi köçkünün acınacaqlı taleyi barədə bir daha məlumat verilir.

AAK və AAKM-in vətəndaşlarımızın müdafiəsinə dair yaydığı bəyanatda ən bəsit insan hüquqlarının – Vətəndə yaşamaq hüququnun pozulmasının yolverilməməzliyi vurğulanır və bu hüququn bərqərar olunması tələb olunur.

AAK və AAKM-in bəyanatı Avropa Parlamentinə, Alman Bundestaqına və eyni zamanda Human Rigths, "Amnesty İnternational", Qırmızı Xaç kimi beynəlxalq qurumlara təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar