Girov ailəsindən Putinə məktub
08 Avqust 2014 Cümə 10:54
Məktubda Soçi görüşün zamanı bu problemin müzakirə və həll edilməsi xahiş edilib.
Ermənistanda əsir düşən azərbaycanlıların ailə üzvləri Rusiya prezidentinə yenidən müraciət ünvanlayıblar.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komtəsindən ANS PRESS-ə verilən məlumata görə, Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha müraciət edərək iki ölkənin prezidentlərinin Soçi görüşündə bu problemin, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasına və Həsən Həsənovun meyidinin qaytarılmasını müzakirə və həll etmələrini xahiş ediblər.
Qeyd edək ki, bu gün baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə respublika komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranla görüşüb.
Görüşdə Əli Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə bildirib ki, meyidin və girovların qaytarılması məsələsini Xankəndi ofisi ilə birlikdə daimi nəzarətdə saxlasınlar və bu sahədə öz fəaliyyətlərini gücləndirsinlər.
Dövlətqaçqınkom bir daha bildirir ki, bütün bu məsələlər ilk gündən ölkə prezidenti İlham Əliyevin nəzarətindədir və bununla bağlı aparılan işlər haqqında mütəmadi məlumatlar verilir.
Görüşdən sonra baş nazirin müavini Həsən Həsənovun ailə üzvlərini qəbul edib.
DOSTLARINLA PAYLAŞ: